Gürcüstanın Ukraynadakı səfiri Xersona gedib - FOTO

24/11/2022 - 23:16

2022-ci il noyabrın 21-də Gürcüstanın Ukraynadakı səfiri Giorgi Zakaraşvili Ukraynanın tərəfdaş ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə birlikdə Nikolayevə və bu yaxınlarda azad edilmiş Xersona səfər edib.

Qafqaz.media xəbər verir ki, bu barədə Gürcüstanın Ukraynadakı səfirliyi məlumat yayıb.

“Səfər zamanı Giorgi Zakaraşvili həmkarları ilə birlikdə yerlərdə çətin humanitar vəziyyətlə tanış olub, həmçinin yerli hakimiyyət nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə Gürcüstanın Ukraynaya qəti və sarsılmaz dəstəyi vurğulanıb. Həmçinin qeyd olunub ki, həm siyasi, həm də humanitar yardım baxımından fəal iş davam etdiriləcək”, - səfirliyin bəyanatında deyilir.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02