Hərbi komandanlıq Əsəd hakimiyyətinin sona çatdığını ELAN ETDİ

08/12/2024 - 09:13

Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” bildirib. Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan suriyalı zabitə istinadla məlumat yayıb. “Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatması barədə zabitlərə məlumat verib”, - bəyanatda deyilir. Agentliyin yaydığı məlumatda qeyd edilib ki, Suriyadakı üsyançılar Dəməşqin artıq Əsəddən azad olduğunu” bildiriblər. Bundan əvvəl Suriya ordusunun bölmələrinin Dəməşqin mərkəzini tərk etdiyi bildirilirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ