İlon Mask seçkidə Trampın rəqibini dəstəkləyəcəyini bəyan etdi

27/11/2022 - 15:16

Milyarder İlon Mask bildirib ki, Florida ştatının bu yaxınlarda yenidən qubernatoru seçilən respublikaçı Ron DeSantisi 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürərsə, onu dəstəkləyəcək.

Qafqaz.media bu barədə “Reuters”ə istinadən xəbər verir.

Ron DeSantis 8 noyabr 2022-ci il seçkilərində demokrat rəqibi Çarli Kristi 20% qabaqlayaraq, Florida ştatının qubernatoru postunu saxlayıb. O, bununıa Respublikaçılar Partiyasının yüksələn “ulduz”u kimi mövqelərini də möhkəmləndirdi.

Siyasi analitiklər Respublikaçılar Partiyasının 2024-cü il prezident seçkilərində keçmiş prezident Donald Trampın potensial rəqibi kimi görünən DeSantisə yüksək qiymət verirlər.

“Mən 2024-cü ildə ağıllı və mərkəzçi birini prezident olaraq görməyə üstünlük verirəm. Bunun Bayden administrasiyasından olacağına ümid edirdim, amma indiyə qədər məyus oldum”, - Mask tweet atıb. Ondan DeSantisi dəstəkləyəcəyi soruşulduqda, "Bəli" deyə cavab verib.

Xatırladaq ki, iyun ayında Mask artıq 2024-cü il prezident seçkilərində DeSantisi dəstəkləməyə meylli olduğunu bildirib və əlavə edib ki, Florida qubernatoru seçkidə Co Baydeni asanlıqla məğlub edəcək.

Qafqaz.media