İlqar Musayev Rusiyada seriala çəkilib

03/05/2024 - 05:32

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Bakı Bələdiyyə Teatrının aparıcı aktyoru İlqar Musayev Rusiyanın istehsalı olan “Morskaya Zamorskaya” adlı seriala çəkilib.

Serialın süjet mərkəzində səyahət agenti olaraq yorulmadan çalışan və özünü arxeoloq əri Leonidə həsr edən İrina Zamorskaya dayanır.

Qaynar iş sistemi və stress səbəbindən İrinanın övladı olmur. Həkim ona vəziyyəti dəyişdirməyi və istirahət etməyi təklif edir. İrina, həyat yoldaşı Leonidlə Türkiyədə istirahət etmək qərarına gəlsə də, onu aspirant Viktoriya ilə birlikdə görür və nəticədə tək səyahətə çıxır. Sonra İrinanın Türkiyə macərası başlayır.

İlqar Musayev serialda Türkiyəli iş adamı, Türkiyə Arxeoloqlar cəmiyyətinin vitse-prezidenti Mehmet obrazını canlandırıb. Aktyorun serialdakı səhnələri Türkiyənin bir çox şəhərlərində çəkilib.

Qeyd edək ki, “Dəniz xaricində” seriyası komediya ilə qarışıq ironik bir melodramdır. Rusiyadan Türkiyəyə səyahət, səyahətin dənizdən başlaması və adada cərəyan etməsi, Leonidin həyat yoldaşını geri qazanması üçün onun ardınca gəlməsi, bir sözlə, hadisələrin istehzalı bir səviyyədə davam etməsi serialı baxımlı etdiyi qədər, tamaşaçını düşünməyə də vadar edir. Romantik, dram və gözlənilməz hadisələrlə zəngin olan serialda xəyanət, bağışlanma, eyni zamanda, istək və ehtiyacların araşdırılması açıq göstərilir.

Aprelin 27-də “Rossiya 1” telekanalı ilə yayımlanan serial böyük marağa səbəb olub. “Rossiya 1” telekanalı Türkiyədə artıq bir neçə layihə həyata keçirib ki, “Morskaya Zamorskaya” da onlardan biridir. Dörd seriyadan ibarət olan serialın çəkilişləri Moskva və Türkiyədə aparılıb.

Rollarda Dana Abızova, Vladimir Feklenko, İlqar Musayev, Yekaterina Vuliçenko, Aleksey Matoşin, Maksim Raduqin və başqaları iştirak edirlər. Serialın rejissoru Darya Feklenkodur.
 

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18