İran hakimiyyəti etirazçılara qarşı zəhərli qazdan istifadə edir

22/11/2022 - 23:16

İranın müxalif mediası kürdlərin məskunlaşdığı Cavanrud və Piranşəhr şəhərlərində İran hakimiyyətinin etirazçılara qarşı zəhərli qazdan istifadə etməsi barədə məlumat yayıb.

Qafqaz.media xəbər verir ki, söhbət mürəkkəb təsirli qıcıqlandırıcılar qrupuna aid olan kimyəvi maddədən (xlorobenzalmalondinitril) gedir.

Sosial mediada nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalar zamanı qərbdəki Kirmanşah əyalətinin Cavanrud küçələrindən qalın yaşıl tüstünün qalxdığını əks etdirən iki video yayımlanıb. Həmin gün Qərbi Azərbaycan vilayətində - Piranşəhrdə də oxşar yaşıl qazdan istifadə edildiyi barədə xəbərlər yayılıb.

“İslam Respublikasının işğalçı rejimi Kordestanda qadağan olunmuş silahlardan istifadə edir” deyə müxalifətin Twitter səhifələrindən biri Piranşəhrdə tapıldığı iddia edilən xlorbenzalmalondinitril olan qaz balonlarının şəkli ilə müşayiət olunub. Tvitdə həmçinin qeyd olunur ki, qazdan istifadə 1993-cü ildə BMT-nin Kimyəvi Silahlar Konvensiyası ilə qadağan edilib.

Qafqaz.media