İran PUA-ları ABŞ-ın yardımı ilə istehsal edirmiş... - ŞOK İDDİA

18/11/2022 - 15:52

Ukraynada vurulan İran Pilotsuz Uçuş Aparatlarının (PUA) hazırlanmasında istifadə edilən hissələrin ABŞ və Avropa ölkələrindəki şirkətlər tərəfindən istehsal edildiyi ortaya çıxıb.

Britaniyanın “Middle East Eye” nəşri xəbər verir ki, Rusiyanın Ukraynada istifadə etdiyi İran PUA-larının hissələrinin dörddə üçü ABŞ-da istehsal edilir.

“Məlum oldu ki, Ukraynada vurulan İran PUA-larında tapılan hissələrin əksəriyyəti ABŞ və dgər Qərb ölkələri tərəfindən istehsal edilib”,- deyə nəşr bildirib.

Ötən ay Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun dərc etdiyi hesabatda bildirilir ki, Çin şirkətlərinin İrana Qərb istehsalı olan hissələri tədarük etdiyinə dair sübutlar var. 

Qərbin təhlükəsizlik mənbələri isə bildiriblər ki, sözügedən ehtiyat hissələrinin əksəriyyəti ixrac nəzarətindən keçmir, onları onlayn rejimdə asanlıqla almaq olar və beynəlxalq ictimaiyyətdə şübhə doğurmayan üçüncü ölkələr vasitəsilə İrana tədarük edilə bilər.

Tehran rəsmiləri isə Ukrayna ilə texniki ekspertlər səviyyəsində görüş keçirildiyini, həmçinin PUA-nın və hissələrinin mənşəyi ilə bağlı iddialar üzrə araşdırmaya başlamağa hazır olduqlarını bəyan ediblər.

Qeyd edək ki, ABŞ-ın və Qərbin İrana qarşı sanksiya tətbiq etdiyi bir vaxtda, Tehranın bu ölkələrin vasitəsilə PUA istehsal etməsi böyük müzakirələrə səbəb olub./azpolitika.info