"İran xüsusi xidmət orqanları aktiv kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir" - DTX

24/11/2022 - 11:05

İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir.

Qafqaz.media xəbər verir ki, bunu DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda deyib.

O, bu istiqamətdə görülən kəsərli tədbirlərin görüldüyünü vurğulayıb.

Qafqaz.media