İranda etirazçılara qarşı qadağan edilmiş silahlardan istifadə edilir - FOTO

22/11/2022 - 16:04

Qərbi Azərbaycan əyalətinin Xana (Piranşəhr) şəhərində etirazçılara qarşı gözyaşardıcı qaz kapsulundan istifadə edilir.

Qafqaz.media xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

İranın xüsusi təyinatlıları daha öncə həmin kapsullardan Əhvazdakı etirazlarda da istifadə ediblər. Bunlar qadağan edilmiş silahlar sayılan CS qaz patronlarıdır.

Qeyd edək ki, 1993-cü ildə Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Konvensiya bu qazda istifadəni qadağan edərək boykot edib.