İranda SEPAH və ETTELAAT-ın zabitləri öldürüldülər - FOTO

18/11/2022 - 15:37

İranın Qərbi Azərbaycan vilayətində etirazçılarla qarşıdurmada İnqilab Keşikçiləri Korpusu (SEPAH) və İİR Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) əməkdaşları qətlə yetiriliblər.

Qafqaz.media xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Təhlükəsizlik Nazirliyinin əməkdaşı Mehdi İsnaəşəri və SEPAH zabiti Rəhim Səhabi ötən gecə Bəykəndi (Bukan) şəhərində baş verən toqquşmalarda ölüblər.