İranda SEPAH-ın zabiti öldürülüb

18/11/2022 - 22:05

İranın Kirmanşah əyalətində SEPAH-ın təhlükəsizlik idarəsinin rəisi, polkovnik Nadir Bayrami etiraz aksiyaları zamanı öldürülüb.

Qafqaz.media xəbər verir ki, hadisə bu gün Kirmanşah əyalətinin Səhnə şəhərində baş verib.

Onun soyuq silahla öldürüldüyü bildirilir.

Qətli törədən şəxslərin həbs edildiyi bildirilir.