İraqda yaşayış binasında partlayış: ÇOX SAYDA ÖLƏN VAR

18/11/2022 - 17:16

İraqın şimal-şəqrində yerləşən Regional Kürd Milli Muxtariyyəti bölgəsində yaşayış binasında baş verən partlayış nəticəsində azı 15 nəfər ölüb.

Qafqaz.media xəbər verir ki, məlumatı İraq KİV-i yayıb.

Hadisə nəticəsində xeyli insan yaralanıb. Onların dəqiq sayı açıqlanmayıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayınıln artacağı ehtimal olunur.

Bildirilib ki, təmir işləri aparılan zaman evin damında qazpaylayıcı sistem partlayıb. Nəticədə bina uçub. Hadisə zamanı qonşu evlərə də ziyan dəyib.

Partlayış yerində axtarış-xilasetmə işləri başa çatıb.

Qafqaz.media