İŞİD SİLAHLILARI TƏRƏFİNDƏN ƏSİR GÖTÜRÜLDÜ, QAÇDI, YENİDƏN SURİYAYA QAYITDI... – Məşhur fotojurnalistdən 10 ildir xəbər yoxdur

22/11/2022 - 18:39

Con Kantlinin Suriyada İŞİD tərəfindən qaçırılmasından 10 il keçsə də, taleyinin taleyi naməlum olaraq qalır

Bu gün - noyabrın 22-də britaniyalı fotojurnalist Con Kantlinin Suriyada “İslam Dövləti” terrorçuları tərəfindən qaçırılmasının 10 il tamam olur.

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, onun taleyi hələ də sirr olaraq qalır.

Fotojurnalistin öldüyü güman edilir, lakin cəsədi indiyədək tapılmayıb. Bu yaxınlarda onun ailəsi Conun ölümü ilə barışaraq, dəfn mərasimini keçirib. Belə ki, Hempşirin sakit kəndindəki köhnə Norman kilsəsində onun qohumları və dostları itkin düşən adamı xatırlamaq üçün toplaşıblar. Mərasimdə Con Kantlinin sevimli rok mahnıları səsləndirilib.

Con Kantli 2012-ci ildə Əfqanıstan və Himalay da daxil olmaqla, planetin ən ucqar guşələrində çalışdıqdan sonra, alovlanan vətəndaş müharibəsini lentə almaq üçün Suriyaya gedib.

Həmin ilin iyulunda o, hollandiyalı fotoqrafla birlikdə qaçırılıb. Qaçmağa çalışarkən o, başqa bir qrup yaraqlının müdaxiləsi ilə üzləşib və bu zaman yaralanıb.

Bundan sonra Con İngiltərəyə qayıdıb, lakin sonra qohumlarının etirazına baxmayaraq, işini davam etdirmək üçün yenidən Suriyaya gedib. Bu zaman, İslam Dövləti” terrorçuları tərəfindən əsir götürülüb.

Журналист Джон Кантли: операция по моему освобождению провалилась // Смотрим

Əsirlikdə bir neçə il sağ qalmağı bacarıb. O, yaraqlılar üçün bir növ mətbuat katibi olub, onların təbliğat materiallarını yazıb, səsləndirib. Hər zaman – görüntüyə alındığı 14 videonun hər birində narıncı kombinezonda görünüb.

Con Kantlini sonuncu dəfə 2016-cı ilin dekabrında Mosulda sağ görüblər. Onun cəsədi heç vaxt tapılmadığından, İŞİD döyüşçülərinin yerləşdiyi şəhər bombardman edilən zamanı öldüyü güman edilir.

Qafqaz.media