İstanbulda Aysel Xanlarqızının imza günü keçirildi - FOTO
Dekabrın 4-də İstanbulda Türk Ədəbiyyatı Vəqfində gənc şair Aysel Xanlarqızının Türkiyədə yeni çap olunmuş “Sən gəldin” adlı şeirlər kitabının təqdimatı və imza günü keçirildi. Qafqaz.Media xəbər verir ki, tədbirdə İstanbulun bir sıra nüfuzlu ziyalılar, gənc tələbələr və ədəbiyyatsevərlər iştirak edirdi.Tədbirin açılışını Türk Ədəbiyyatı Vəqfinin başqanı, tanınmış şair Serhad Kabaklı etdi. Tədbirin aparıcısı, Türk Ədəbiyyatı Vəqfinin yazı işləri müdiri Səadət Örməçi Aysel Xanlarqızı haqqında iştirakçılara geniş məlumat verdi. Türk Ədəbiyyatı Jurnalının yazı işləri müdiri Ənvər Uğur Aykol müəllifin yaradıcılığı və şeirləri haqqında çıxış etdi. Daha sonra Türk Ədəbiyyatı jurnalının baş redaktoru, yazıçı və kitabın tərcüməçisi İmdat Avşar kitab və müəllif haqqında son sözünü deyərək sözü müəllifə verdi. Aysel Xanlarqızı bu unudulmaz günün keçirilməsində əməyi olan hər kəsə dərin təşəkkürlərini bildirdi. Şairə Türk Ədəbiyyatı Vəqfi adından “Ahmet Kabaklı adına edebiyyat mükafatı” təqdim olundu.Sonda iştirakçılara kitablar imzalandı.
Fuad BİLƏSUVARLI
Qafqaz.Media