Kanada 1,5 milyon immiqrantı ölkəyə dəvət edir – ONLAR NƏ ÜÇÜN LAZIMDIR?

24/11/2022 - 00:25

Noyabrın əvvəlində Kanadanın federal hakimiyyət orqanları möhtəşəm planlarını açıqlayıb.

Qafqaz.media xəbər verir ki, gələn yanvardan başlayaraq 2025-ci ilin sonuna qədər ölkə hökuməti hər il 500 min immiqrant qəbul etməyi planlaşdırır. Yəni yaxın üç ildə Kanadanın əhalisi ümumilikdə 1,5 milyon nəfər artmalıdır.

Qeyd edək ki, bu, Böyük Britaniyanın qəbul etməyi planlaşdırdığından təxminən səkkiz dəfə, ABŞ administrasiyasının gözlədiyindən isə dörd dəfə çoxdur.

Bununla belə, bu yaxınlarda keçirilmiş ictimai rəy sorğusu göstərir ki, Kanada hakimiyyətinin planları ölkə sakinlərinin əhval-ruhiyyəsini tam əks etdirmir, onların çoxu əcnəbilərin belə kütləvi axınından qorxur.

Böyük oyun

Artıq onilliklərdir ki, Kanada əhalisini və iqtisadiyyatını böyütmək üçün yeni sakinlərin axınını təşviq edir. Eyni zamanda, mühacirlərə Kanadada daimi yaşayış yeri verilir, lakin vətəndaşlıq deyil.

Keçən il 405 min nəfər Kanadada yaşamaq icazəsi alıb – bu, ölkə tarixində ən yüksək göstəricidir.

Yeni Kanada vətəndaşları

Qeyd edək ki, bir çox digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Kanadada da doğum səviyyəsi durmadan azalır. Sakinlərin orta yaşı isə, əksinə, Kanadanı təqaüdçülər ölkəsinə çevirməklə təhdid edir ki, bu da əmək qabiliyyətli insanlar üçün getdikcə çətin olacaq. Bu o deməkdir ki, əgər bir ölkə iqtisadiyyatını inkişaf etdirmək istəyirsə, immiqrantlar olmadan bunu edə bilməz.

Kanadada işçi qüvvəsinin artması artıq demək olar ki, tamamilə immiqrasiya hesabına baş verir və hökumətin proqnozlaşdırdığına görə, 2032-ci ilə qədər eyni şeyi bütövlükdə əhalinin artımı haqqında da demək olar.

Qafqaz.media