Kanada Çini Arktikada kəşfiyyat məlumatları toplamaqda günahlandırıb
Çinin Arktikadakı fəaliyyəti elmi tədqiqatların hüdudlarını aşır, onlarlar regionda kəşfiyyat məlumatları toplayır. Qafqaz.Media xarici KİV-ə xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bler Halifaksda təhlükəsizlik forumu zamanı bildirib. "Çin Arktikada iki üsulla işləyir. Birincisi - iqtisadi təzyiq, oradakı infrastruktura investisiyalar vasitəsilə. İkincisi isə elmi tədqiqat adlandırdıqları vasitə ilə", - nazir deyib. Onun sözlərinə görə, Kanada onların Arktikada təkcə elmi tədqiqat məqsədilə deyil, mövcudluğunun artımını müşahidə edir. "Onlar dəniz dibinin xəritəsini çıxarırlar və kəşfiyyat məlumatları toplayırlar", - Bler vurğulayıb.
Qafqaz.Media