Kim Çen In raket ataraq qızını dünyaya göstərdi - FOTOLAR

19/11/2022 - 10:15

Şimali Koreyanın rəhbəri Kim Çen In ilk dəfə qızını ballistik raket sınağında onunla birlikdə göstərib.

Qafqaz.media xəbər verir ki, bu barədə noyabrın 19-da “Reuters” məlumat yayıb.

Qeyd edək ki, indiyədək Kim Çen Inın qızının varlığı heç vaxt açıq şəkildə təsdiqlənməyib.

“Reuters” isə Kim Çen Inın və qızının əl-ələ tutaraq ölkənin ən böyük ballistik raketinin buraxılışını yoxladığını əks etdirən bir sıra fotoşəkillər yayımlayıb.

Ekspertlər hesab edirlər ki, Kim Çen Inın ikisi qız və biri oğlan olmaqla üç övladı var.

Bundan əvvəl Şimali Koreyanın Yapon dənizi istiqamətində naməlum ballistik raket atdığı bildirilirdi. Bu sınaq Şimali Koreyanın ABŞ-ın bölgədəki siyasətini davam etdirəcəyi təqdirdə "daha şiddətli" hərbi əməliyyatlara başlayacağı xəbərdarlığından sonra baş verib.

 

Qafqaz.media