Kəmaləddin Heydərovun Naxçıvanda vətəndaşların qəbulunun vaxtı dəyişib
13/05/2024 - 10:12
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 17 may 2024-cü il tarixində Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.
APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.