Kobaxidzedən Ukraynanın sanksiya qərarına reaksiya

05/12/2024 - 16:33

Gürcüstan hakimiyyəti Kiyevdən sanksiya ilə bağlı rəsmi bildiriş almayıb. Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. Kobaxidzenin sözlərinə görə, Kiyevin Gürcüstana qarşı sanksiyalar tətbiq etmək qərarı Ukraynanın çətin vəziyyətini əks etdirir. Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ