Krımda iranlı pilotsuz təyyarələrin təlimatçıları öldürülüb - Aleksey Danilov AÇIQLADI

24/11/2022 - 23:44

Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov Britaniyanın “Guardian” qəzetinə müsahibəsində Rusiya hərbçilərinə İran istehsalı olan PUA-lardan istifadə qaydalarını öyrədən iranlı təlimatçıların Ukrayna Silahlı Qüvvələri tərəfindən öldürüldüyünü təsdiqləyib.

Qafqaz.media xəbər verir ki, oktyabrda onların ölümləri barədə İsrail mediası məlumat yayıb. Rusiya və İran iranlı təlimatçıların Krımda yerləşdirilməsini inkar edirlər.

"Olmamalı olduğun yerdə olmamalısan", - deyən Danilov bildirib: "Onlar bizim ərazimizdə idilər. Biz onları bura dəvət etməmişik və əgər terrorçularla əməkdaşlıq edib millətimizin məhvində iştirak edirlərsə, biz öldürməliyik”.

Rusiya həmçinin İrandan “Shahed 136” PUA-ları almasını inkar edir. Halbuki, Tehran bunu qismən etiraf edərək, Ukraynaya qarşı müharibə başlamazdan əvvəl Rusiyaya “az sayda” pilotsuz uçan apparat tədarük etdiyini deyir.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33