Krımda Ukraynanın hücumuna hazırlıq görülür – İSTEHKAMLAR QURULUR…

18/11/2022 - 17:14

Krım hakimiyyəti yarımadanı Ukrayna Silahlı Qüvvələrinin hücumundan qorumaq üçün istehkamlar tikməyə başlayıb.

Qafqaz.media xəbər verir ki, bu barədə Rusiya mətbuatı Krımın rəhbəri Sergey Aksyonova istinadən xəbər verir.

“Krım ərazisinin, o cümlədən mənim nəzarətim altında krımlıların təhlükəsizliyini təmin etmək məqsədilə istehkam işləri aparılır”, - Aksyonov deyib.

Qeyd edək ki, istehkamlar səngərlər, maneələr və qoşunların döyüş qabiliyyətini artıran digər tikililərdir. Rusiya ordusu Dnepr çayının sol sahilinə çəkilmədən və Xersonu təslim etməzdən əvvəl Krımın şimalında köhnə bərpa və yeni xəndəklər qazmağa başlaması faktı ötən həftə də mediaya sızmışdı.

Qafqaz.media