Kriştiano Ronaldo "Mançester Yunayted"lə müqaviləsini ləğv etdi – QARŞILIQLI RAZILAŞMA, YOXSA…?

22/11/2022 - 23:23

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo İngiltərə klubundan ayrılıb.

Qafqaz.media xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam veriblər.

Qeyd edək ki, Kriştiano “qırmızı şeytanlar”ın heyətində 346 matçda 145 qol vurub. "Mançester Yunayted" Ronaldo və ailəsinə gələcək üçün ən yaxşısını arzulayıb.

Ronaldo bir müddət əvvəl britaniyalı jurnalist Pirs Morqana müsahibə verərək, digər məsələlərlə yanaşı, hazırda Mançester klubuna rəhbərlik edən hollandiyalı mütəxəssisə hörmət etmədiyini demişdi.

Müqaviləyə xitam verildiyi elan edildikdən sonra Ronaldo açıqlama yayıb.

““Mançester Yunayted” ilə danışıqlardan sonra müqaviləmi ləğv etmək üçün qarşılıqlı razılığa gəldik. Mən “Yunayted”i və heç vaxt dəyişməyəcək azarkeşləri sevirəm. Görünür, yeni dəvət axtarmağın vaxtı çatıb. “Mançester Yunayted”ə uğurlar arzulayıram”, – jurnalist Fabrizio Romano “Twitter”də Ronaldonun sözlərini sitat gətirir.

Qafqaz.media