Leyla Abdullayeva etimadnaməsinin surətini Fransa XİN-ə təqdim etdi - FOTO

19/11/2022 - 09:16

“Etimadnaməmin surətini təqdim etməkdən məmnun oldum”.

Qafqaz.media xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “Twitter“ hesabında paylaşıb.

“Fransa Xarici İşlər Nazirliyinin Dövlət Protokolu və Diplomatik Protokol Xidmətinin ditektor müavini cənab Bruno Bissona isti qarşılanmaya görə təşəkkür etmək istərdim. Səmimi qarşılama üçün təşəkkür edirik, Cənab Bruno Bissona”, - deyə paylaşımda bildirilib.

Qafqaz.media