Əliyevlə Paşinyanın məxfi danışıqlarını bu deputat sızdırıb - ŞOK DETALLAR
Ermənistanın hakim “Mülki müqavilə” partiyasının deputatları Prezident İlham Əliyevlə Nikol Paşinyanın danışıqlarının detallarını sızdırıb. Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Simonyan qeyd edib ki, Paşinyan Əliyevlə görüşün təfərrüatlarını onlara danışır, dövlət sirri olan məlumatları bölüşür: “O, hər şeyi açıqlayır. Biz bir il ərzində sızmanın haradan olduğunu axtardıq. Partiya məsələləri ilə bağlı hər şey qaydasında olduğu halda, Ermənistanın təhlükəsizlik məsələlərində belə deyildi. Biz sızdırmanın kimin tərəfindən edildiyini bilmirdik. Bir müddət əvvəl elə hallar olub ki, Azərbaycanla danışıqlar nəticəsiz qalıb, razılaşmalar pozulub, məlumatlar sızdırılıb”. Simonyanın açıqlamasından belə anlaşılır ki, onlar deputat Ovik Ağazaryandan şübhələnirlər. “Axtarışa başlasaq, qeyri-adi heç nə tapmayacağıq. Əgər Ağazaryan utanmırsa, qoy telefonundakı məlumatları dərc etsin. O, Paşinyanın xahişi ilə mandatından imtina etsə də, məsuliyyətdən qaça bilməyəcək”, - o bildirib.