Makkeyn İnstitutu Saakaşvilini dərhal azad etməyə çağırır… - GÜRCÜSTAN HÖKUMƏTİNƏ MÜRACİƏT EDİLDİ

24/12/2022 - 00:20

Amerika Makkeyn İnstitutu (McCain) Gürcüstan hakimiyyətini eks-prezident Mixail Saakaşvilini dərhal həbsdən azad etməyə çağırıb.

Qafqaz.media-nın məlumatına görə, təşkilatın saytında qeyd olunur ki, siyasətçi lazımi müalicə alması üçün xaricdəki tibb müəssisəsinə köçürülməlidir.

Həmçinin qeyd edilir ki, Saakaşvili 2021-ci ilin oktyabrından siyasi motivli ittihamla həbsdədir. Mətndə siyasətçinin ağır metallarla zəhərlənməsi və səhhətinin pisləşdiyi barədə xəbərlər də qeyd olunur.

“Makkeyn İnstitutu bir vaxtlar daha azad və demokratik ölkə olan Gürcüstanın lideri, senator Makkeynin dostu Saakaşvilini dəstəkləyir. Biz onun dərhal azadlığa buraxılmasının və tibbi yardım məqsədilə xaricə göndərilməsinin zəruriliyini vurğulayır və onun tezliklə sağalmasını arzulayırıq”, - Makkeyn İnstitutunun icraçı direktoru Evelin Farkas bildirib.

Makkeyn İnstitutu vurğulayır ki, Saakaşvilinin fiziki və ruhi sağlamlığı Gürcüstan hökumətinin üzərinə düşür və hökumət ədalətli mühakimə ilə yanaşı, adekvat müalicəni də təmin etməyə borcludur.

Qafqaz.media