Mina probleminin həlli üçün NATO-nun maliyyə və texniki yardımı müzakirə edilib

23/09/2024 - 19:23

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərliyi ilə nümayəndə heyətinin NATO qərargahına rəsmi səfəri başlayıb. Bu barədə ANAMA-dan məlumat verilib. Bildirilib ki, ANAMA nümayəndələri və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi Alyansın Lüksemburqda yerləşən Təchizat və Dəstək Agentliyinin (NSPA) Əməliyyatlara Dəstək Bölməsinin rəhbəri Orxan Muratlı və digər rəsmilərlə ikitərəfli görüşlər keçiriblər. Görüşlər zamanı Azərbaycanın üzləşdiyi mina problemi və problemin həlli istiqamətində NATO-nun maliyyə və texniki yardımı, həmçinin müasir texnologiyaların öyrənilməsi və yeni metodların tətbiqi kimi məsələlər müzakirə edilib. Tərəflər, eyni zamanda, humanitar minatəmizləmə sahəsində qarşılıqlı təcrübə mübadiləsini də geniş şəkildə müzakirə ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ