Mixail Saakaşvilinin anası onun səhhətindən danışıb

20/11/2022 - 19:43

Giuli Alasania bildirib ki, həkimlər siyasətçidə civə intoksikasiyası aşkarlayıblar

Həbsxanada cəza çəkən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin səhhəti ilə bağlı tibbi rəy onun orqanizmində ağır metalların miqdarınln normadan artıq olduğunu göstərib. Qafqaz.media xəbər verir ki, bunu siyasətçinin anası Giuli Alasania deyib.

“Civə var idi, orada da qeyd olunub (həkimlərin rəyində), bu da müəyyən civə səviyyəsinə səbəb ola bilər. Barium, tallium da var", - deyən Alasaniyanın sözlərinə görə, bu maddələrin oğlunun bədəninə necə daxil olduğu məlum deyil.

O qeyd edib ki, indiki halda bu, siyasətçinin dərhal azadlığa buraxılmasına əsas verir.