Məktəbdə problemi ictimailəşdirən müəllimə töhmət verildi - "İki gün dərsə gəlməyib..."

09/01/2023 - 10:27

İmişli rayonu Aranlı kənd məktəbində sanitar qovşağının olmaması ilə bağlı video çəkdiyinə görə müəllimə töhmət verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə APA-ya Mil-Muğan Regional Təhsil İdarəsindən xəbər verilib.

Bildirilib ki, töhmət dekabrın əvvəlində verilib:

"Müəllim dekabrın əvvəlində rəhbərliyə heç bir məlumat vermədən iki gün dərsə gəlməyib. Töhmət bu səbəbdən verilib".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06