“Mən heç bir vəkilimə zəhərlənmədən şübhələndiyimi deməmişəm”- SAAKAŞVİLİ İDDİALARA AYDINLIQ GƏTİRDİ

21/11/2022 - 12:41

“Mən heç bir vəkilimə zəhərlənmədən şübhələndiyimi deməmişəm”.

Qafqaz.media xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı spekulyasiyalar yersizdir.

“Bildirmək istərdim ki, heç bir vəkilimə zəhərlənmədən şübhələndiyimi deməmişəm. Bu mövzuda spekulyasiyalar yersizdir. Mən tibb ictimaiyyətinə göstərdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Mən onların peşəkar dəstəyini həqiqətən yüksək qiymətləndirirəm. Səhhətim həqiqətən pisləşir, son iki ayda pisləşib. “Vivamed”in həkimləri əllərindən gələni edirlər. Mütəxəssislərə etibar etmək və bu məsələni həddindən artıq siyasiləşdirməmək vacibdir. Bir daha hamınıza təşəkkür edirəm”, - Mixail Saakaşvili yazıb.

Qafqaz.media