“Moldova bu tarixə qədər Avropa İttifaqının bir hissəsi olmalıdır…” – MAYA SANDU

04/01/2023 - 22:09

Moldova Prezidenti Maya Sandu ölkəsinin indiki onilliyin sonuna qədər Avropa İttifaqına üzv olacağına əminliyini ifadə edib.

Qafqaz.media bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

“Düşünürəm ki, Moldova yaxın illərdə, bu onilliyin sonuna qədər Avropa İttifaqının bir hissəsi olmalıdır. Əgər hamımız səy göstərsək, hər kəs öz yerində çalışarsa, bu, arzularımızın reallığa çevrilməsi baş verə bilər”, - Sandu bildirib.

O, Aİ-yə daxil olmağın ölkənin iqtisadi inkişafı üçün daha geniş imkanlar yaradacağını və təhlükəsizliyini təmin edəcəyini izah edib.

Qeyd edək ki, Aİ-nin dövlət və hökumət başçıları 2022-ci il iyunun 23-də Brüsseldə keçirilən sammitdə Ukrayna və Moldovaya birliyə üzv olmaq üçün namizəd statusunun verilməsini təsdiqləyiblər.

Namizəd statusunun əldə edilməsi Aİ-yə daxil olmaq yolunun başlanğıcıdır. Üzvlük danışıqlarına başlamaq üçün ölkələr bir sıra şərtləri, o cümlədən islahatları yerinə yetirməlidir.

Qafqaz.media