Moldova-Ukrayna sərhədində 6 keçid məntəqəsi işləmir – İŞIQLARIN SÖNMƏSİ SƏBƏBİNDƏN

28/11/2022 - 14:20

Ukrayna-Moldova sərhədində 6 keçid məntəqəsi fəaliyyətini dayandırıb. Buna səbəb Ukrayna tərəfinin məlumat bazasında elektrik enerjisinin olmaması və texniki nasazlıqlardır.

Qafqaz.media xəbər verir ki, bu barədə yerli "Newsmaker" qəzeti Moldovanın sərhəd polisinə istinadən yazır.

Bildirilir ki, Vulkanesti-Vinoqradovka, Mirnoe-Tabaki, Basarabka-Avqustovo, Ceadir-Lunqa-Yeni Trayane, Oknita-Sokiryane və Seyts-Lesne məntəqələrində işlər dayandırılıb.

Ukrayna sərhədçiləri hələlik bu məlumatı şərh etməyiblər.

Xatrıladaq ki, noyabrın 23-də Rusiyanın Ukraynaya raket zərbələri endirdikdən sonra Moldova da qismən işıqsız qalıb və Rusiyanın Ukraynanın enerji obyektlərinə yeni hücumları ilə bağlı xəbərdarlıqları fonunda işıqların yenidən kəsilməsi gözlənilir.

Qafqaz.media