Molla Nəsrəddin haqda film çəkiləcək
TÜRKSOY-a üzv ölkələrin dəstəyi ilə “Molla Nəsrəddin. Çətin günlərimin dostu” adlı bədii film çəkiləcək. Bu layihə Türk dünyası tarixində bir ilkdir. Bütün Türk dövlətləri bu layihədə iştirak edəcək.
Qafqaz.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri TÜRKSOY-un Baş katibi Sultan Raev “Molla Nəsrəddin. Çətin günlərimin dostu” filminin çəkiliş prosesi ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bu ilin yanvarında filmin istehsalına hazırlıqla bağlı Bakıda TÜRKSOY-a üzv ölkələrin əlaqədar qurumlarının nümayəndələrinin koordinasiya toplantısı keçirilib və ekran əsərinin istehsalı ilə bağlı müzakirələr aparılaraq razılaşmalar əldə edilib.
“Filmin çəkilişləri Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanda aparılacaq”, - deyə Baş katib əlavə edib.