Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb
05/12/2024 - 10:18
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,12% azalaraq 2 673 ABŞ dollarına bərabər olub. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,34% azalaraq 31,81 ABŞ dollarına bərabər olub.