Naməlum avtomobil Bakının bir hissəsini qazsız qoydu

14/12/2024 - 12:28

Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Oktyabr küçəsində naməlum avtomobil tərəfindən qaz xətti yararsız hala salınıb. Bu barədə Axar.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilir ki, nəticədə dekabrın 14-də saat 02:11-dan etibarən qaz təchizatı dayandırılıb. Qaz təchizatı dayandırılan müddətdə 400 istehlakçının qaz təchizatında fasilə yaranıb. Hazırda təmir-bərpa işləri aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabahın hava proqnozu
14/12/2024 - 13:28
Metroda yenə problem yarandı
12/12/2024 - 10:34