Naxçıvanda qarölçmə işlərinə başlanılıb

06/12/2024 - 23:34

Naxçıvanda qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə qarölçmə işlərinə başlanılıb. "Report"un yerli bürosu xəbər verir ki, dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin mütəxəssisləri tərəfindən Ordubad və Şahbuz rayonlarının yüksək dağlıq ərazilərində qarölçmə işləri aparılıb, qarın hündürlüyü, kütləsi ölçülərək sululuğu və sıxlığı təyin edilib. Aparılan ölçmələrin ilkin nəticələrinə görə, qarın hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazisi sayılan Parağaçay istiqamətində 3000 m yüksəklikdə 11 sm, 2300 m yüksəklikdə 7 sm, Şahbuz rayonunun yüksək dağlıq əraziləri sayılan Batabat istiqamətində 15, Biçənək istiqamətində 8, Kükü istiqamətində isə 5 sm qeydə alınıb. Mütəxəssislər digər marşrutlar üzrə də qarölçmə işlərini davam etdirirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Polis mayoru vəfat etdi - Foto
09/12/2024 - 14:06
Balakəndə ev yanıb
08/12/2024 - 16:52