Nazirlər Kabinetinin Aİ-92 markalı benzinlə bağlı qərarının səbəbi nədir? – DEPUTAT AÇIQLADI
Nazirlər Kabinetinin Aİ-92 markalı benzinlə bağlı qərarının səbəbi nədir? – DEPUTAT AÇIQLADI
2024-cü ilin sonuna kimi Azərbaycana gətirilən 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib. Eyni zamanda, qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib. Bununla bağlı fevralın 29-da baş nazir Əli Əsədov qərar imzalayıb. Qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel üçün 15 faiz gömrük rüsumu ləğv edilib. Bəs qərarın benzinin qiymətinə təsiri ola bilərmi? İqtisadçı ekpert Eldəniz Əmirovun fikrincə, qərarın benzinin qiymətinə təsiri gözlənilmir. O deyir ki, Rusiyanın ixraca qoyduğu qadağa Azərbaycanın başqa mınbələrdən yararlanmasını zərurətə çevirir. Milli Məclisin deputatı Vüqar Bayramov qərarın Aİ-92 markalı benzili istehsal edən zavodda aparılan yenidən qurma işləri iılə bağlı olduğunu deyir. Yenidənqurma işləri ilə əlaqədar yerli istehsalın azalması gözləniləndir. Belə olan halda idxal hesabılna tələbatın qarşılanması həyata keçiriləcək. Onun sözləırinə görə, qərarda məqsəd idxal xərcinin azaldılması, bununla da Aİ-92 markalı benzin üçün qiymətin qorunub saxlanılması, digər tərəfdən isə tələbin ödənilməısində çətiliklərin yaranmamasıdır. İqtisadçı verilən qərarın Rusiyanın tətbiq etdiyi qadağalarla bağlı olması iddialarını da əsassız hesab edir. Qeyd edək ki, Rusiya hökuməti martın 1-dən benzin ixracına qadağa qoyur. Qadağa altı aylıq bir dövrü əhatə etməlidir. Rusiya rəsmiləri bu qadağanı yanacağa tələbatın artması ilə əlaqələndirirlər.
Qafqaz.Media