Neft bahalaşıb
30/03/2024 - 20:56
Dünya birjalarında neft bahalaşıb.
Modern.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,59 dollar artaraq 87 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,82 dollar artaraq 83,17 dollar təşkil edib.