“O, UKRAYNANIN BÖYÜK DOSTUDUR” - Boris Conson Kiyevin fəxri vətəndaşı adına layiq görülüb

24/11/2022 - 19:45

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevin fəxri vətəndaşı adına layiq görülüb.

Qafqaz.media xəbər verir ki, paytaxt meri Vitali Kliçko Consonu Ukraynanın böyük dostu adlandırıb.

"Boris Conson Ukraynanın paytaxtına dəfələrlə - həm dinc şəraitdə, həm də rus təcavüzkarına qarşı mübarizəmizin ən dramatik vaxtında olub. Conson bunu edib və əminəm ki, Böyük Britaniya və dünya liderlərinin Ukraynaya yardım məqsədilə lazımi şəraiti təmin etməsi üçün mümkün olan hər şeyi etməyə davam edəcək”, - Kliçko bildirib.

Qafqaz.media