"Ona məğlub olmamaq üçün bacardığınızı edin"
Aparıcı Leyla Quliyeva paylaşımı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, aparıcı Xalq artisti Arif Babayevlə fotosunu yayımlayaraq, izləyicilərinə məsləhət verib:
"Günlər də, hadisələr də fərqli. Geyim də dəyişir. Ətrafdakı insanlar da. Dəyişməyən və həmişə bizimlə sürünən (bəzən da uçuşan, və yaxud əlimizdən tutub aparan) hər nə varsa - heç kimin görmədiyi və görməyəcəyi ağrı, sevinc, hirs, küskünlük - bax, ən vacibi odur. Ona məğlub olmamaq üçün nə bacarırsınızsa, edin. Lazım olsa, dəfn edin, yandırın, tullayın zibil yeşiyinə. Ya da üzünə gülə-gülə əzin, tapdalayın. Ya da ki, söykənin və dərindən nəfəs alın... Bu anı lazımınca yaşayın! Xoşbəxt olana qədər".