Ötən il SİF-in əsas rəhbər heyətinə ödənilən vəsait açıqlanıb
30/04/2024 - 14:51
2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişaf Fondunun (SİF) əsas rəhbər heyətinin əldə etdiyi əmək haqqı və mükafatların məbləği açıqlanıb.
“APA-Economics” Fonda istinadən xəbər verir ki, SİF-in əsas rəhbər heyətinə ötən il 697 min manat vəsait ödənilib.
Qeyd edək ki, bu göstərici 2022-ci ildə 615 min manat təşkil edib.