Partiya sədrinin Azərbaycandan çıxışının qarşısı alındı - ANKARAYA GEDİRDİ...

18/11/2022 - 17:06

Yüksəliş Partiyasının sədri Anar Əsədlinin Azərbaycandan çıxışına qadağa qoyulub.

Qafqaz.media xəbər verir ki, bu barədə Əsədlinin özü məlumat verib.

“Bu gün Ankaraya səfər etməyi planlaşdırırdım. Amma Daxili İşlər Nazirliyi tərəfindən hazırda mənim ölkədən çıxışıma qadağa qoyulub. Mən Heydər Əliyev hava limanındayam. Artıq bu barədə Daxili İşlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb”, - partiya sədri bildirib.

Ə.Əsədli bunun sadəcə bürokratik səhv olduğuna ümid etdiyini də sözlərinə əlavə edib: “Əgər bu anlaşılmazlıq tezliklə aradan qaldırılmasa, bu barədə mətbuata və beynəlxalq ictimaiyyətə məlumat veriləcək”.

Qafqaz.media