Pentaqon “TechTrans International” ilə 325 milyon dollarlıq müqavilə imzalayıb
14/12/2024 - 07:38
ABŞ Müdafiə Nazirliyi kütləvi qırğın silahlarının yaratdığı təhlükələrə qarşı mübarizə aparmaq üçün beynəlxalq tərəfdaşlıq proqramı çərçivəsində “TechTrans International” ilə 325 milyon dollarlıq müqavilə imzalayıb. APA xəbər verir ki, bu barədə Pentaqonun cümə günü yaydığı bəyanatda deyilir. Qurum bildirib ki, müqavilə üzrə işlər dünyanın müxtəlif yerlərində aparılacaq.