Podolyak: İran Rusiyaya silah tədarükünü artırmağı planlaşdırır

24/12/2022 - 23:21

“İran Rusiyaya daha çox raket və pilotsuz təyyarələr verməyi planlaşdırır və bununla da beynəlxalq sanksiyalar institutunu açıq şəkildə aşağılayır”.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Xatırladaq ki, İranın beynəlxalq sanksiyalardan yan keçərək Rusiyaya silah tədarükünü artırmağı planlaşdırması faktı noyabrda Qərb mediası tərəfindən yayılıb.

İranın “Şahed-136” pilotsuz təyyarələri Ukraynanın şəhərlərinə və enerji infrastrukturuna hücum etmək üçün istifadə olunur ki, bu da ABŞ-ın Ukrayna Silahlı Qüvvələri “Patriot” zenit sistemləri ilə təchiz etmək qərarını verən amillərdən biri olub.

 

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33