Polisin keçirdiyi əməliyyat zamanı 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunub

24/03/2024 - 10:25

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 23-də ümumi çəkisi 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24 kiloqramdan artıq marixuana, 3,8 kiloqrama yaxın tiryək, 700 qrama yaxın heroin və metamfetamin, həmçinin 200 ədəd metadon həbi olub.

    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Kamala Mahmudova vəfat etdi
    27/09/2024 - 10:06