Polşa hələ də Pşevoduva düşən raketin haradan atıldığını bilmir – BAŞ NAZİR

20/11/2022 - 20:12

Polşanın Pşevoduv şəhərində raket partlaması işi üzrə aparılan istintaqa onun dəqiq haradan atıldığını müəyyən etməyə imkan verəcək məlumat hələ daxil olmayıb.

Qafqaz.media xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski bazar günü keçirdiyi mətbuat konfransında bildirib. Jurnalistlərin Ukrayna tərəfinin bunun onların raketi olduğunu etiraf edib-etməməsi ilə bağlı sualına Polşa hökumətinin başçısı belə cavab verib:

"Biz bunu hələ bilmirik. Qoy mütəxəssislər və müstəntiqlər bu işlə məşğul olsunlar. Biz Ukraynadan, eləcə də NATO və Amerikadan beynəlxalq ekspertləri istintaqa dəvət etmişik".

Moravetskinin sözlərinə görə, sərhədçilərin kameralarında dəlillər var, lakin orada raketin haradan atıldığını tam əminliklə göstərilmir.

Baş nazi həmçinin vurğulayıb ki, Varşava istintaqın tam şəffaflığına sadiqdir.

"Biz xüsusilə istəyirik ki, ukraynalı dostlarımız və tərəfdaşlarımız istintaqın nəticəsinin sübut olunacağına əmin olsunlar. Ona görə də onları istintaqa dəvət etdik", - o deyib.

Qafqaz.media