Poroşenko Ukrayna döyüşçülərini Milad bayramı münasibətilə təbrik etdi - FOTO

24/12/2022 - 23:11

Ukraynanın beşinci prezidenti, hazırda xalq deputatı postunu tutan Pyotr Poroşenko Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin 10-cu Əlahiddə Dağ Hücum Briqadasının dislokasiyasına baş çəkib və döyüşçülərini qarşıdan gələn Milad bayramı münasibətilə təbrik edib.

Qafqaz.media bu barədə Ukrayan KİV-lərinə istinadən xəbər verir.

"Ukrayna Avropaya doğru irəliləyir və ukraynalıların əksəriyyəti Milad bayramını dekabrın 24-də qeyd edir. Ukrayna Pravoslav Kilsəsi bu qərarı təsdiqləyib. Mənim də məsləhətim odur ki, 24-də qeyd edin və mütləq saat 6-da toplaşın. Bu unikaldır ki, biz iki Milad bayramı keçirə bilərik”, - Poroşenko səfər zamanı deyib.