PREZİDENT BU ŞƏXSLƏRİ YÜKSƏK VƏZİFƏYƏ TƏYİN ETDİ - Adlar + DOSYELƏR

05/12/2024 - 21:54

Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Vüsal Cahangir oğlu Xəlilov, Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyev və Gülər Azər qızı Paşayeva Azərbaycan Mərkəzi Bankı sədrinin müavinləri təyin ediliblər.

"AzPolitika" onların dosyelərlərini təqdim edir:

 

 

Vüsal Cahangir oğlu Xəlilov -  1987-cı ildə Şəki şəhərində anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetində informatika ixtisası üzrə bakalavr, 2011-ci ildə isə magistr təhsili alıb. 2015 – 2017-ci illərdə ADA Universiteti və “Maastricth School of Management” birgə EMBA proqramı üzrə magistr təhsili alıb. 2024-cü ildən İngiltərənin London Metropolitan Universitetində tətbiqi psixologiya ixtisası üzrə magistr təhsili alır.

2009-cu ildə “ICL” MMC-də texniki mütəxəssis, 2010 – 2011-ci illərdə “İnfosecurity” MMC-də aparıcı veb-proqramçı, 2011 – 2016-cı illərdə “Azercell Telekom” MMC-də İnformasiya kommunikasiya texnologiyaları departamentində əvvəl kiçik proqramçı, sonra proqramçı, daha sonra aparıcı proqramçı vəzifələrində çalışıb. 2021-ci ilin yanvar ayından 2024-cü ilin may ayınadək həmin bankın texnologiya blokunun baş direktoru vəzifəsində çalışıb. 2024-cü ilin may ayından Azərbaycan Mərkəzi Bankının 10 baş direktorundan biridir. Evlidir, üç övladı var.

 

 

Əli İsmayıl oğlu Əhmədov - 1982-ci ildə Naxçıvan şəhərində anadan olub.  2004-cü ildə Türkiyə Cumhuriyyətinin Qazi Universitetini “İqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2006-cı ildə Odlar Yurdu və ABŞ-nin Corciya dövlət universitetinin birgə proqramı olan “Biznesin idarə olunması” ixtisası üzrə MBA proqramını magistr dərəcəsi ilə, 2014-cü ildə isə ABŞ Cons Hopkins Universitetini “Dövlət siyasəti” üzrə beynəlxalq magistr dərəcəsiilə bitirib.

Əmək fəaliyyətinə Mərkəzi Bankda 2004-cü ilin avqust ayında Monetar siyasət departamentinin Monetar təhlil və proqnozlaşdırma şöbəsində iqtisadçı vəzifəsində başlayıb. 2020-ci ilin yanvar ayından 2024-cü ilin noyabr ayınadək Mərkəzi Bankın baş direktoru vəzifəsində işləyib. 2024-ci ilin noyabr ayının 7-dən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.. Ailəlidir, 2 övladı var.

 

 

 

 

Toğrul Nəcəfəli oğlu Əliyev - 1983-cü ildə Bakı şəhərində anadan olub.  2004-cü ildə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2023-cü ildə Böyük Britaniyanın Şeffild Universitetini “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.

Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində başlamış, məsləhətçi, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb. 2019-2024-cü illərdə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri olaraq fəaliyyət göstərib. 2020-ci ilin yanvar ayından 2024-cü ilin noyabr ayınadək Mərkəzi Bankın baş direktoru vəzifəsində işləyib. 2024-ci ilin noyabr ayının 7-dən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.

 

 

Gülər Azər qızı Paşayeva - 1989-cu ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr dərəcəsini, 2012-ci ildə həmin universitetin “Kommersiya hüququ” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomları ilə bitirib. 2021-ci ildə isə Böyük Britaniyanın İdarəetmə üzrə İxtisaslaşmış İnstitutunun (The Chartered Governance Institute) İdarəetmə peşəkarları üçün ixtisaslaşma proqramını başa vurub.

Əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank” ASC-də “Port Baku” şöbəsinin kassiri vəzifəsilə başlamış, 2012-ci ilin yanvar-avqust aylarında Bankın Korporativ sənədlərlə İş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentin Korporativ katiblik şöbəsinin kolleqial orqanlar ilə iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmin departamentin Hüquq şöbəsinin hüquq məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışıb. 2022-ci ilin iyun ayında Azərbaycan Respublikası Mərkəzi Bankında sədrin müşaviri vəzifəsinə təyin edilib. 2024-ci ilin noyabr ayının 7-dən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. Ailəlidir.

"AzPolitika.info"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ