Putin Narışkinin MKİ rəhbəri ilə görüşünü təsdiqlədi

25/11/2022 - 20:47

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə görüşünü təsdiqləyib.

Qafqaz.media xəbər verir ki, bu barədə “Rusiya” mətbuatı yazır.

Xatırladaq ki, noyabrın 14-də Türkiyənin paytaxtı Ankarada Rusiya və Amerika kəşfiyyatı rəhbərlərinin sözügedən görüşü baş tutub. Kreml bunun Amerika tərəfinin təşəbbüsü ilə baş verdiyini bildirmişdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün mövzusu və orada ABŞ-dan kimlərin iştirak etdiyi barədə danışmaqdan imtina etmişdi.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33