PUTİN OKTAYBRIN SONUNDA BAŞA ÇATACAĞINI DEYİRDİ, AMMA… - Rusiyada gizli səfərbərlik davam edir

19/11/2022 - 09:37

Rusiya hakimiyyət orqanları hətta payız çağırışı zamanı gizli səfərbərliyi davam etdirməyə hazırlaşır.

Qafqaz.media xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

Ekspertlərin fikrincə, bu, hərbi ehtiyatın formalaşdırılması üçün onsuz da həddindən artıq yüklənmiş Rusiya aparatının üzərinə əlavə yük qoyacaq.

Noyabrın 18-də Rusiyanın Teleqram kanalları Kremlin ikinci səfərbərlik dalğasına hazırlaşdığını göstərən işarələri aktiv şəkildə müzakirə edib. ISW yazır ki, onlar Vladimir Putinin qismən səfərbərliyin oktyabrın 31-də başa çatacağı ilə bağlı bəyanatına zidd olaraq, 2023-cü ilin yanvarında səfərbərliyə gəlmək əmri verilmiş Peterburqlu tərəfindən alınan çağırış vərəqəsinin şəklini internetdə yayıblar.

Aydındır ki, Rusiya hakimiyyət orqanları səfərbərlik fəaliyyətini tam dayandırmayıb. Bu isə o deməkdir ki, müəyyən sayda səfərbər edilmiş şəxslər hələ də çağırışçılarla eyni vaxtda hazırlanır.

Bu, çox güman ki, həm səfərbər edilmiş şəxslər, həm də çağırışçılar üçün təlimin keyfiyyətinin daha da aşağı olmasına gətirib çıxaracaq. Ekspertlərin fikrincə, qarşıdakı aylarda səfərbərliyin növbəti dalğası Ukraynada cəbhə xəttində yerləşdiriləcək rus qoşunlarının vəziyyətini daha da pisləşdirəcək.

Qafqaz.media