Putin yenidən Əliyevə nə üçün zəng etdi? – DANIŞIQLARIN DETALLARI

22/11/2022 - 22:59

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Qafqaz.media-nın məlumatına əsasən, bu barədə dövlət başçısının rəsmi saytı xəbər verir.

Telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il oktyabrın 31-də Soçidə əldə etdikləri razılaşmaların praktiki icrası məsələləri, habelə üç ölkənin ən yüksək səviyyədə imzaladığı birgə bəyanatlar nəzərdən keçirilib. Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası istiqamətində işlərin üçtərəfli formatda davam etdirilməsinin vacibliyi vurğulanıb.

Enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri də müzakirə olunub.

Xatırladaq ki, Vladimir Putin ötən həftə də Azərbaycan Prezidentinə zəng vurmuşdu…

Qafqaz.media