Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan
Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada mitinqdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bəzi qərbyönümlü qüvvələr Türkiyənin və bölgənin sabitliyini pozmaq üçün illərdir hər bir təxribata əl atıb:
“Rusiya ilə fikir ayrılığımızın olduğu, terror təşkilatlarının sərhədlərimizə çatdığı bir vaxtda Qərb dövlətləri cənub şəhərlərimizdəki hava hücumundan müdafiə sistemlərini geri aldılar. Biz o dövrün çətinliklərini öz gücümüzlə, öz imkanımızla, mübarizəmizlə həll edə bildik. Suriyada, Liviyada, Aralıq dənizində, Qara dənizdə, Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı”.